Millimiz liderliyi təmin etdi

Bu gün futzal millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşıb. Levice şəhərində keçirilən görüşdə hesabı rəqib komanda açıb.

Yığmamız görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək, məğlubiyyətdən qaçıb. Bu nəticədən sonra xallarını 13-ə çatdıran milli komadanmız qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Millimiz əvvəlki dörd oyunun hamısında qələbə qazanıb.

AÇ-nin seçmə mərhələsi,  3-cü qrup
8 aprel
18:00. Slovakiya – Azərbaycan – 1:1
Qollar
: Doşa, 15 (1: 0), Halo, 40 (1: 1)
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Slovakiya. Levits.

Həmin kateqoriyadan