Millimiz Parisdə 3-cü oldu

Kişi boksçulardan ibarət millimiz Avropa olimpiya təsnifat turnirində uğurla çıxış edib. Allsport.az xəbər verir ki, Parisdə keçirilən turnirdə qazanılan lisenziyaların sayına görə, komandamız ümumi hesabda 3-cü yeri tutub.

Böyük Britaniya və Rusiya isə hərəyə 7 lisenziya qazanıb.

Millimizdə Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) olimpiadada iştirak hüququ qazanıblar.

Həmin kateqoriyadan