Millimiz UEFA-nın İnkişaf turnirinin qalibi oldu

16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

Millimiz bu görüşdə 3:0 hesablı qələbəyə sevinib. Fərid Nəbiyev dubla imza atıb. Digər qolu isə Cavid Osmanlı vurub.

Xatırladaq ki, Azərbaycanın U-16 yığması əvvəlki oyunlarında Qazaxıstana 4:0, Gürcüstana isə 2:1 hesabı ilə qalib gəlmişdi.

Turnirdə keçirilmiş bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq:

11 aprel
Azərbaycan – Qazaxıstan 4:0
Yunanıstan – Gürcüstan 0:2

12 aprel
Azərbaycan – Gürcüstan 2:1
Qazaxıstan – Yunanıstan 1:6

14 aprel
Gürcüstan – Qazaxıstan 2:0
Azərbaycan – Yunanıstan 3:0

Həmin kateqoriyadan