- Baxış sayı: 52
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Kipr 1-ci divizionunda 25-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” evdə “Ermis”lə qarşılaşıb.
Futbolçumuzun komandası görüşdən qələbə ilə ayrılıb – 4:0. Həmyerlimiz 56-cı dəqiqədə meydana girib, 3-cü qolunun vurulmasında faydalı olub.
Famaqusta təmsilçisi 53 xalla 14 iştirakçı arasında 3-cü yerini qoruyur.