- Baxış sayı: 78
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 223
- Avqust 05, 2026
- 0
Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb (2:1). Həmvətənimiz görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Xeyli müddətdir qol vura bilmədiyi üçün tənqid olunan millimizin forvardı 63 və 68-ci dəqiqələrdə fərqlənməklə dubl edib. “Yaşıl timsahlar” hazırda 24 xalla 18 klub arasında 5-ci pillədədir.