Millimizin sabiq futbolçusu üçün 90 dəqiqə və sarı vərəqə

Türkiyə PTT 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Samsunspor”la qarşılaşıb. Matç qolsuz başa çatıb – 0:0. Start heyətdə meydana çıxan Budaq bu dəfə də sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 13 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan