- Baxış sayı: 35
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

Almaniya 2-ci Bundesliqasının 21-ci turunda Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” Braunşveyqdə yerli “Ayntraxt”la üz-üzə gəlib.
Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Yarımmüdafiəçimiz görüşün 46-cı dəqiqəsində meydana girib.
İlk yarıda məğlub duruma düşən “ağ-bənövşəyilər” 57-ci dəqiqədə məhz həmvətənimizin 11-metrlik cərimə zərbəsindən vurduğu qolla yenilgidən qurtulub. “Ersgebirge” 21 turdan sonra 18 xalla 18 klub arasında 16-cı yerdədir.