Millimizin yarımmüdafiəçisi penaltidən yenə fərqlənib

Almaniya 2-ci Bundesliqasında 31-ci turun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, Dmitri Nəzərovlu “Ersgebirge” doğma meydanda “Vuersburger Kikkers”lə üzləşib.

Futbolçumuzun komandası bu oyunda qalib gəlib – 3:1. Millimizin orta xətt oyunçusu sonadək mübarizə aparıb. O, 10-cu dəqiqədə penaltidən qol vurub.

Qeyd edək ki, “ağ-bənövşəyilər” 36 xalla 18 klub arasında 13-cü yerə qalxıb.

Həmin kateqoriyadan