- Baxış sayı: 60
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 246
- Noyabr 09, 2026
- 0

Martın 4-də Bakı idman sarayında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyununa çıxacaq futzal millimizin yekun heyəti müəyyənləşib. Allsport.az xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela martın 3-də komandaya qoşulub.
Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə qapıçılar – Rövşən Hüseynli, Cavad Məmmədov, oyunçular – Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi və Eduardo Borges xidmətlərindən istifadə edəcək.