Millinin düşərgəsini tərk edib

Millinin düşərgəsini tərk edib

“Beşikdaş”ın futbolçusu Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi ayaq barmağındakı ağrılar səbəbindən düşərgəni tərk edib. O, klubunda müalicə olunacaq.

Xatırladaq ki, Türkiyə millisi UEFA millətlər liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə üz-üzə gələcək. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) uduzub.

Həmin kateqoriyadan