- Baxış sayı: 31
- 25 Sentyabr 2026 19:26
- Baxış sayı: 241
- Sentyabr 24, 2026
- 0

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Almaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
Allsport.az xəbər verir ki, futbolçunun düşərgədən ayrılmasına əzələ zədəsi səbəb olub.
Musiala bundan sonra bərpa prosesini “Bavariya”nın düşərgəsində davam etdirəcək. Onun məşqlərə nə vaxt qayıdacağı hələlik məlum deyil.
Almaniya millisi sentyabrın 24-də millətlər liqasının ilk turunda səfərdə Niderlandla 1:1 hesablı heç-heçə edib. Musiala qarşılaşmanın ilk hissəsində əvəzlənib.
Yurgen Kloppun rəhbərlik etdiyi Almaniya sentyabrın 27-də növbəti oyunda Yunanıstanı qəbul edəcək.