- Baxış sayı: 54
- 17 İyul 2026 23:59
- Baxış sayı: 555
- Avqust 12, 2026
- 0

Gənclər və idman nazirliyinin növbəti kollegiya iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib.
Eyni zamanda, “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.
İclasda gənclər paytaxtının seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün gənclər paytaxtı seçilib.