Minskdə 10 mükafat

Belarusun paytaxtında yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə beynəlxalq turnirdə millimiz 10 medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, 7 ölkədən 142 idmançının mübarizə apardığı yarışda Nurlan Abışov (57 kq) qalib olub. O, finalda yerli Qleb Bondakı məğlub edib.

Digər boksçularımızdan Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) 3-cü yeri tutub.

Həmin kateqoriyadan