Mirançuk barədə qərar verildi

Rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun “Atalanta”dakı gələcəyi məlum olub.

Allsport.az xəbər verir ki, İtaliya klubu qış transfer pəncərəsində futbolçunu satmamaq qərarına gəlib. Rəhbərlik rusiyalının son matçlardakı çıxışından razıdır.

İtaliya çempionatının cari mövsümündə 28 yaşlı yarımmüdafiəçi 7 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan