- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçumuz Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). O, növbəti qarşılaşmasına noyabrın 1-də çıxacaq.
İlk döyüşündə Xuan Reyes Donisə (Qvatemala) qalib gələn Malik Həsənov (63,5) 2-ci görüşündə Ovannes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.