MOK-da ilin yekunlarına görə mükafatlandırma

Bu gün Milli Olimpiya Komitəsində cari ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək qiymətləndiriblər.

Natiqlər cari ildə ölkəmizdə təşkil olunan mötəbər idman tədbirləri haqda ətraflı məlumat veriblər. Azərbaycanın gələn il keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını qeyd ediblər. Sonra 5 nominasiya üzrə qaliblər mükafatlandırılıb.

Həmin kateqoriyadan