Murad Allahverdiyev: “İndi daha yaxşı formadayam”

“Xorvatiyanın Poreç şəhərində gənclərin Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimiz yarışa Bakı boks mərkəzində hazırlaşır. Komandanın titullusu Murad Allahverdiyev (80 kq) Balkanlara növbəti dəfə Avropa çempionluğuna sahib olmaq üçün yollanacağını açıqlayıb:

“Hazırlığımız yüksək səviyyədə gedir, hər şey yaxşıdır. İnanıram ki, Azərbaycana çox sayda yüksək əyarlı medallarla qayıdacağıq. Əvvəlki yarışlarla müqayisə etsəm, indi daha yaxşı formadayam. Təcrübəmin də köməyimə çatacağına inanıram.

Özümə güvənirəm. Əsas rəqiblərim sırasında Rusiya, Belarus və Ukrayna təmsilçilərini tanıyırdım. Onların yarışa qatılmayacağı gözlənilir. Türkiyəli rəqibimi də yaxşı tanıyıram.

Dünya birinciliyində ona qalib gəlmişəm. Əsas hazırlığımızdır ki, bu da ən yüksək səviyyədə davam edir. Hədəfim çempionluqdur. Bu isə komandamızda hər birimizin arzusudur”.

Həmin kateqoriyadan