“Mütləq qalib gəlməliyik”

“Mütləq qalib gəlməliyik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA millətlər liqasının qrup mərhələsində Lixtenşteynlə oyun öncəsi fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, oktyabrın 1-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini bildirib:

“Millətlər Liqasında ikinci oyunumuzu evdə keçirəcəyik. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Rəqibimizi yaxından tanıyırıq. Son oyunlarını izləmişik. İstəkli komandadır. Yaxşı mübarizə aparırlar. Müdafiədə kompakt oynayırlar. İlk növbədə onların müdafiəsini yarmağı bacarmalıyıq.

Qalib gəlmək istəyi ilə tələskənliyə yol versək, hər şeyi düzgün analiz etmədən və oyunumuzu doğru qurmadan meydana çıxsaq, çətinliklərlə üzləşə bilərik. Azarkeşlərimizin önündə həm yaxşı oyun göstərmək, həm də qələbə qazanmaq istəyirik”.

Həmin kateqoriyadan