“Narıncılar”ın yeni transfer hədəfi

“Barselona” dayaq zonasını gücləndirmək niyyətindədir.

Allsport.az xəbər verir ki, kataloniyalılar diqqətlərini “Everton”un və Belçika millisinin yarımmüdafiəçisi Amadu Onanaya yönəldiblər.

Transferi cəlbedici edən “Everton”un 10 xalı silinməsi və komandanın turnir cədvəlində sonuncu pilləyə düşməsidir. Bu baxımdan britaniyalılar Onana da daxil olmaqla bir neçə əsas oyunçunu satmaq imkanını nəzərdən keçirirlər.

Belçikalı 2022-ci ilin yayından “Everton”da çıxış edir. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı 22 yaşlı futbolçuya 50 milyon avro qiymət qoyub.

Həmin kateqoriyadan