Naxçıvan zonasının birinciliyi 2 gün davam edəcək

Allsport.az xəbər verir ki, Bu gün boks üzrə kadetlər arasında Naxçıvan muxtar respublikasının zona birinciliyinə start verilib.

Cənub, Şimal, Bakı, Qərb və Sumqayıt zonasından sonra baş tutan yarışa ev sahibliyini Naxçıvan edir. olimpiya idman kompleksində təşkil olunan birinciliyə Şərur, Babək, Sədərək, Naxçıvan və Kəngərli komandaları qatılıblar. 13 çəki dərəcəsində 45 boksçu mübarizəyə qoşulub. Qaliblər ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 2 gün davam edəcək

Həmin kateqoriyadan