“Nayk” debütanta 100 peşəkar futbol topu hədiyyə edib

İlk dəfə premyer liqasında çıxış edəcək “Səbail” klubu “Nayk”ın istehsalı olan idman geyimlərindən istifadə edir. Allsport.az saytı xəbər verir ki, komanda ilə şirkət arasında bununla bağlı müvafiq müqavilə var.

“Nayk” debütantla qarşılıqlı əməkdaşlığın daha möhkəmləndirilməsi məqsədi ilə kluba 100 peşəkar futbol topu hədiyyə edib. Bunlar “Səbail”in nəzdində komandaların məşqində və oyunlarında istifadə olunacaq.

Həmin kateqoriyadan