- Baxış sayı: 35
- 02 May 2024 11:00
- Baxış sayı: 51
- May 01, 2024
- 0
“Sumqayıt”da prezident Riad Rəfiyevin iştirakı ilə müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub.
Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə “kimyaçılar”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.
Köməkçi məşqçilər haqqında məlumat yaxın günlərdə klubun rəsmi internet səhifəsində açıqlanacaq.