Nazir BBA-nın prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizdə səfərdə olan Beynəlxalq boks assosiasiyasının prezidenti Umar Kremlyovu qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə qonaq ölkəmizə tədbirlər barədə məlumat verib.

Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.

Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan boks federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.

Həmin kateqoriyadan