BMT-nin gənclər forumunda

Aprelin 16-17-sində gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti BMT iqtisadi və sosial şurasının (ECOSOC) növbəti gənclər forumunda iştirak ediblər.

Allsport.az xəbər verir ki, toplantı Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının baş qərargahında keçirilib.

Forumun ilk günü nazir Fərid Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir Fərid Qayıbov həmçinin İCYF tərəfindən keçirilən “PEACE Side Event” görüşündə də çıxış edib.
ABŞ-a səfər çərçivəsində Fərid Qayıbov BMT gənclər ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ dövlət departamentinin qlobal gənclər üzrə Xüsusi Elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

Fərid Qayıbov, Azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

Həmin kateqoriyadan