Nazir Elnurun sürücüsünü işdən qovdu, xidməti maşınını əlindən aldı

Gənclər və idman nazirliyinin ətrafında gərginlik və narazılıq günü-gündən artır. Durum o həddə çatıb ki, şikayətçilər artıq qrup halında bu dövlət idarəsinə hücum edir, ətrafda olan problemləri və qanun pozuntularını qabardır, məsələnin nəhayət həllini istəyirlər. Fərid Qayıbov insanlara kömək etməyə çalışsa da, onun müavini Mariana Vasilyeva və idman şöbəsinin müdiri Elnur Məmmədov kənardan müdaxilə edərək, bunun qarşısını alırlar. Nəticədə, idmanda böyük narazı ordu yaranır(b) və onlar dolayısı ilə dövlətə qarşı incik salınırlar.

Yayılan xəbərə görə, adı son çəkilən məmurun sürücüsü müxtəlif şəxslərə nazirliyin tabeçiliyində olan idarələrdə işə düzəltmə yolu ilə 19 min manat pul alıb. Amma məsələni həll etməyib və pulu geri qaytarmayıb. Belədə, həmin şəxslər nazirliyə gələrək aləmi qatıblar. Olaydan nazir xəbər tutub və Elnur Məmmədovun sürücüsünü (xalaoğlusu deyilir) işdən qovub və onun xidməti maşınını (“Nissan Altima” 10-PZ-501) əlindən alıb. Hazırda həmin şəxslərin kimliyi araşdırılır. Məsələnin böyüyəcəyi söylənilir.

Allsport.az saytının əldə etdiyi bilgiyə görə, 2 həftə öncə ağırlıqqaldırma üzrə mütəxəssislər – Vahid Nəzərov, Təranə Abbasova, Azad MustafayevƏfqan Bayramov bolqar nazir müavininin otağında olublar. Onlar Konya-2021 İslam oyunlarında ümumi nəticədə medal qazanmayan idmançıya hansı səbəbdən mükafatın verilməsinin hesabatını tələb ediblər. Çıxılmaz vəziyyətdə qalan və belə məqamlarda aradan çıxan Mariana Vasilyeva yenə üslubunu tətbiq etməyə çalışsa da, ona getməyə imkan verməyiblər. Belədə o, kövrəlmək həddinə çatıb.

Görünən odur ki, Fərid Qayıbov prosesi tam əlinə almağa çalışır. Onun güclü əli media ilə işbirliyidir. Ötən ay Milli gimnastika arenasında KİV-lə görüşməsi boşuna deyil. Toplantıdan sonra yaxın jurnalistlərə təlimatlarını verib. Rusdilli mətbuatda xeyli dostu var. Lazım gələndə, gecə də yazışır. Nazir, yaxın ətrafının ona xəyanət etdiyini bilir, içəridə onun əleyhinə sifarişli yazıların yayılmasının bağışlamayacağı söylənilir. İdarədə KİV-lə geniş təması olan 2-ci şəxs Elnur Məmmədovdur. O, “Neftçi” futbol klubunda vitse-prezident olduğu dönəmdə jurnalistlərlə dostlaşıb və onların vasitəsi ilə qeyri-idman sahəsində çalışan həmkarlarımıza da yol tapıb.  

Yəqin, bu bayram günlərində şöbə müdüri təkliyə dalıb yenə öz-özünə danışacaq. Kim bilir, bəlkə o da kövrəlib və dərdini paylaşmaq üçün adam axtarır. Bu işdə Marianadan yaxşısını tapa bilməz. Üstəlik, onun sağ əlidir. Amma qoşalaşıb zər tutsalar da, Qayıbova nömrə gələ bilməzlər. Üzdə avam görünən nazir heç də sadəlövh deyil. Bu arada, Ərgəniqon (Novruz) bayramı ilə bağlı Respublika olimpiya mərkəzinin önündə təşkil edilən şənlikdə Elnur ağırlığını, uğurluğunu oda atıb. Amma nə qədər hündürə tullanmağa çalışsa da, Vasilyevanı üstələyə bilməyib. Çünki bolqar daim formadadır. Onun işi ancaq Mariananı dinləmək və əmrlərini müzakirəsiz yerinə yetirməkdir…

Həmin kateqoriyadan