Nazir Malayziya olimpiya şurasının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Malayziya olimpiya şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyəni qəbul edib. Allsport.az xəbər verir ki, qonağı salamlayan Fərid Qayıbov ölkədə son illər idman sahəsində görülən işlər, dövlət idman siyasətinin icrası və qazanılan nəticələr barədə məlumat verib.

Səmimi qəbula görə minnətdarlıq edən Zəkəriyyə idman sahəsində əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib. Görüş zamanı idman sahəsində qarşılıqlı tərcübə mübadiləsi, birgə təlim-məşqlər və digər məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan