- Baxış sayı: 48
- 04 May 2026 13:59
- Baxış sayı: 128
- May 04, 2026
- 0
Bu gün «Fairmont» mehmanxanasında ilk Avropa Oyunları ilə «Coca-Cola» şirkəti arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər idman naziri Azad Rəhimov da iştirak etdi. O, KİV-lə görüşdə milli olimpiya komandamızın Bakı-2015-də qarşısına hansı vəzifənin qoyulduğuna aydınlıq gətirdi.
Sitat: «İlk Avropa Oyunlarında 330-dan artıq idmançımız mübarizə aparacaq. Proqnoz verməyi xoşlamıram. Biz son böyük yarışlara nəzər yetirmişik. London Olimpiadasında milli komandamız medal sayına görə 204 ölkə arasında 30-cu, Avropa dövlətləri sırasında 15-ci yeri tutdu. Məqsəd, bu nəticədən aşağı düşməməkdir».