Nazir səfirlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 18-də Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam Saleh əl-Cuteylini qəbul edib.

Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində qazandığı uğurlar barədə məlumat verib. Səfir səmimi qəbula görə təşəkkür edib.

Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Həmin kateqoriyadan