Nazir Türkiyənin səfirini qəbul edib

Fevralın 22-də gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin ölkəmizdəki gövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı və səfirliyin ataşesi Nurəddin Ərdoğanı qəbul edib.

Allsport.az saytı xəbər verir ki, görüşdə 2 qardaş ölkə arasında gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir qonağa Azərbaycanın idman həyatı, eləcə də dövlətin gənclər siyasəti barədə məlumat verib. Beynəlxalq yarışlara birgə hazırlıq məqsədilə birgə təlim məşqlərin, eləcə də gənclərin təcrübə mübadiləsinin vacibliyi
vurğulanıb.

Həmin kateqoriyadan