Nazirlər boks komandalarının məşqlərini izləyib

Gənclər və idman naziri Fərid Qayıbov boks federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, o burada yaradılan şəraitlə maraqlanıb və boks mərkəzinə baxış keçirib.

ABF prezidenti Sahil Babayevlə birgə kişi və qadınlardan ibarət milli komandaların məşqini izləyən nazir, idmançılar və məşqçilərlə görüşüb, hazırlıq ilə bağlı fikir mübadiləsi aparıb. Görüşdə boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.

Görüşdə ABF-in idarə heyətinin üzvləri və rəsmiləri iştirak ediblər.

Həmin kateqoriyadan