“Neftçi” əfsanəvi futbolçusu Vitali Şevçenkonu Bakıya gətirir

“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyun öncəsi maraqlı məlumat yayıb. Allsport.az saytı sizi həmin məlumatla tanış edir: “Klubumuzun yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçında da davam edəcək. 30 mart 2017-ci il tarixdə təşkil olunacaq görüşü müxtəlif dövrlərdə “Neftçi”nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər.

Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var.

30 mart saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər. Bu səbəbdən azarkeşlərimizi matça 1 saat qalmış stadiona dəvət edirik. Gəlin 80 ilin həyəcanını birgə yaşayaq!”

Həmin kateqoriyadan