“Neftçi” 24-cü qələbə arzusunda

Mayın 20-də “Neftçi” premyer liqasının 28-ci turunda “Kəpəz”lə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:15-də başlayacaq.

Paytaxt klubu müstəqillik dövründə bu komanda ilə indiyədək 50 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 23-də qələbə qazanan “ağ-qaralar” 18-də məğlub olub, 9 oyunda heç-heçə edib. Top fərqi də baqraqdarın xeyrinədir – 71:45.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməsə də (0:0), Gəncədə Ruslan Abışovun qolu sayəsində “Neftçi” qələbə qazanıb – 1:0. “8-ci km” stadionunda keçirilmiş 3-cü dövrə matçında da 1:0 hesablı qələbə qeydə alınıb. “Neftçi”nin qələbə qolunu Mirabdulla Abbasov vurub.

Həmin kateqoriyadan