8-qat ölkə çempionu baxışa 3 əcnəbi futbolçu dəvət edib

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində oyunları ilə əlaqədar premyer liqada yaranmış fasilədən istifadə edən “Neftçi” klubu heyətini gücləndirmək üçün addımlar atır. Allsport.az saytı xəbər verir ki, bu gün 3 əcnəbi futbolçu komandamızın düşərgəsinə baxışa gəlib.

31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç “Srvena Zvezda”, “Yedinstvo”, “Radniçki”, “Rad”, “Smederevo”, “Srem Mitrovitsa” klublarının, eləcə də Çernoqoriya “Lovçen”inin və Belçika “Lyers”inin qapısını qoruyub.

Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın “Olimp” və “Skonto”, Ukraynanın “Sevastopol” və Polşanın “Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə “Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın “Qremio Barueri”, Fransanın “Anje” və “Luson” klublarının da şərəfini qoruyub.

Həmin kateqoriyadan