- Baxış sayı: 49
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” klubu Almaniyanın “Şalke-04” komandası ilə yoxlama matçı keçirib. Allsport.az saytı xəbər verir ki, oyun bizimkilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Noykirxen şəhərində “Sportzentrum” stadionunda keçirilən qarşılaşmada yeganə qolu oyunun 27-ci dəqiqəsində Tekbete vurub.
“Ağ-qaralar” növbəti sınaq görüşünü iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Əl Ain” klubuna qarşı keçirəcək. Avqustun 2-də isə “Neftçi” Almaniyanın “Herta” klubu ilə üz-üzə gələcək.