“Neftçi” Edson Kastilyonu Venesuela klubuna icarəyə verib

“Neftçi”dən növbəti futbolçu ayrılıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Edson Kastilyo Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verilib.

Müqaviləyə görə, o, 2017-ci ilin sonunadək Puerto-Ordas şəhərində yaşayacaq. Edson bayraqdara 2016-cı ildə məhz bu klubdan gəlmişdi.

Həmin kateqoriyadan