- Baxış sayı: 39
- 22 İyun 2026 20:27
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqasının 27-ci turunun “Zirə” – “Neftçi” oyunu ilə bağlı qərar qəbul olunub.
Matçın 68 – ci dəqiqəsində qonaqların heyətində əvəzetmə zamanı legionçu həddi pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 97).
Bu qərardan sonra ölkə çempionatının gümüş mükafatçısının hesabına 3 xal və eyni sayda qol yazılıb. “Qartallar”ın turnir cədvəlindəki mövqeyi isə əvvəlki kimi 4-cü pillədədir.