“Neftçi” ispaniyalı hücumçu alıb

“Neftçi” klubu qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Allsport.az saytı xəbər verir ki, sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qol vurub.

31 yaşlı hücumçu bunadək İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib. O, “Neftçi”də 12 nömrəli formanı geyinəcək.

Həmin kateqoriyadan