- Baxış sayı: 48
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” klubunun müşahidə şurasının sədri Çingiz Abdullayev SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Kazbek Tuayevi təbrik edib. Allsport.az saytı xəbər verir ki, ona xatirə hədiyyəsi təqdim olunub.
O zaman “Neftyanik” adlanan klub 1966-cı ildə Güclülər dəstəsini 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komandamız Moskva “Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.