“Neftçi” mərhum əməkdaşlarını yad edib

Bu gün “Neftçi” klubunun 2 əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 7 il ötür. Allsport.az saytı xəbər verir ki, komandada qısa müddət işləməsinə baxmayaraq, heyətin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əmakdaş olmaqla yanaşı Alimin qəlbində doğma “Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm “Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.

Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini “Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi “Neftçi” ailəsi tərəfindən unudulmayacaq. Mərhum əməkdaşlarımızın ailəsinə Allahdan səbr diləyirik. Allah rəhmət eləsin!

Həmin kateqoriyadan