“Neftçi” qazandığı medal sayını 16-ya yüksəldib

Topaz premyer liqasında cari mövsümünün bütün mükafatçıları bilinib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” 1-ci, “Qəbələ” 2-ci, “Neftçi” klubu 3-cü yer tutdular.
Son 4 çempionatda medal qazana bilməyən baydaqdar bu mübarizəyə də uğursuz başlasa da, Tərlan Əhmədovun baş məşqçi gəlişindən sonra komanda yarış cədvəlində irəliləməyə başladı və yekunda mümkünsüz görünən nəticəyə yetişdi.
Cəmdə, bu, “ağ-qaralar”ın 16-cı mükafatıdır. “Neftçi” qazanılan çempionluq və medal sayında digər klublardan öndədir. “Qarabağ” 12, “Qəbələ” 5 dəfə medal qazanıb.

Həmin kateqoriyadan