“Neftçi” – öncə Bakıda, sonra Avstriyada hazırlaşacaq

“Neftçi” klubunun hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, iyunun 26-da Bakıda çalışmaya başlayacaq komanda iyulun 24-də ölkə dışına çıxacaq. Təlim-məşq toplanışı avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq.

Hazırlıq çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. “Neftçi”nin yay hazırlıq planı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi saytda dərc olunacaq.

Həmin kateqoriyadan