- Baxış sayı: 39
- 22 İyun 2026 20:27
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0
Antalyada qış təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubunun düşərgəsinə baxışa yeni futbolçu cəlb edilib. Allsport.az saytı xəbər verir ki, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.
Forvard karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” klublarının şərəfini qoruyub.