- Baxış sayı: 31
- 22 İyun 2026 20:27
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

“Neftçi” rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, gənc hücumçu növbəti 1 il ərzində paytaxt klubunun formasını geyinəcək.
2009-2010-cü illərdə İtaliyanın “Udineze”, 2010-2013-cü illərdə isə “Latsio” komandalarının formasını geyinmiş forvard, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.
2013/2014-cü illər mövsümünü Niderlandın “Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın “Braşov” və “Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest “Rapid”i olub.