Flaqmanda yeni məşqçi

“Neftçi”nin qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub. Allsport.az saytı xəbər verir ki, bu işi Rauf Salamov yerinə yetirəcək.

49 yaşlı mütəxəssis 1994-1996, 1998-1999-cu illərdə “Neftçi”də çıxış edib. O bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və superkubokunun (1995) qalibi olub.

Həmin kateqoriyadan