“Neftçi”də ən çox oyun keçirmiş İqor Getman 47 yaşını qeyd edir

“Neftçi”də ən çox oyun keçirmiş İqor Getman 47 yaşını qeyd edir

Bu gün “Neftçi”nin veteran futbolçusu İqor Getmanın doğum günüdür. Allsport.az saytı xəbər verir ki, o, 1971-ci ildə dünyaya gəlib. Müdafiəçi 1991-1992, 1998-2007-ci illər ərzində “Neftçi”nin heyətində 236 oyun keçirib, 7 qol vurub.

“Aş-qaralar”da Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olmuş futbolçu müstəqillik dönəmində komandamızda ən çox oyun keçirmiş futbolçudur.

O, 1995-2001-ci illər ərzində millidə 24 oyun keçirib. İqor Getman əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışıb.

Həmin kateqoriyadan