- Baxış sayı: 37
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 186
- Avqust 05, 2026
- 0

“Neftçi” klubu heyətini Azərbaycan və Gürcüstan milli komandalarının üzvləri ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Namiq Ələsgərov və gürcüstanlı müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb. Adı ilk çəkiən futbolçu “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında və U-17, U-19, U-21 yığmalarında çıxış edib. 21 yaşlı orta xətt oyunçusu hazırda Azərbaycan millisinin üzvüdür.
Georgi Navalovski “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila” (hər üçü Gürcüstan), “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno” (hamısı Rusiya) və Yunanıstanın “Veriya” klublarında forma geyinib. 2010-cu ildə Bakının “İnter” klubunun şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.