“Neftçi”də gözlənilən 2 təyinat rəsmiləşib

“Neftçi”də 2 təyinat gerçəkləşib. Allsport.az saytı xəbər verir ki, Kamal Quliyev “Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Gənc mütəxəssis 1997-2002-ci illər ərzində ağ-qaralar”da çıxış edib və 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş Kamal Quliyev, 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib.

Həmkarımız Eldəniz Yusifov 2005-2017-ci illərdə AzAL klubunda müxtəlif vəzifələrdə çalışıb.

Həmin kateqoriyadan