“Neftçi”dən Vyana “Qarabağ”ına

“Neftçi”nin futbolçusu Elvin Bədəlov yeni mövsümdən karyerasını ölkə xaricində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Avstriyada azərbaycanlıların yaratdığı “Qarabağ” klubunda şıxış edəcək.

Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. İnişilki rəqabətdə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan “atlılar”, ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb və regional liqanın Şərq zonasına adlayıb.

Həmin kateqoriyadan