“Neftçi”nin dünya “Şöhrət”li futbolçusunun ölümündən 20 il ötür

Anatoli Banişevski: “Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.

Allsport.az saytı xəbər verir ki, bu gün “Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 20 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub.

1965-1972-ci illərdə SSRİ seçmə komandasının formasını geyinmiş və 19 qol vuran hücunçu 1966-cı ildə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olmuş Anatoli Banişevski, 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif edilib.

Bu gün “Neftçi”nin kollektivi onun qəbrini ziyarət edib, əfsanənin məzarı önünə gül qoyublar. Allah rəhmət eləsin!

Həmin kateqoriyadan