“Neftçi”nin boksçusu Almaniyada qızıl kəmərə sahib oldu

Almaniyanın Köln şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan WBCA versiyası üzrə “World” kəməri uğrunda titul döyüşü keçirilib. Allsport.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun peşəkar boksçusu Rauf Ağayev Belarus nümayəndəsi, çeçen əsilli Xavaci Xatsiqova inamla qalib gələrək qızıl kəmərə sahib olub.

12 raundluq döyüşdə Rauf rəqibini 3-cü raundda nokaut vəziyyətinə salıb. “Neftçi”nin boksçusu 3-cü dəfə kəməri özündə saxlayıb. “Bu mənim üçün vacib qələbədir. Çünki rəqibim Xatsiqov əvvəlki illərdə boksçularımız Şahin İmranov və Ağası Məmmədova qalib gəlmişdi. Mən onu nokaut edərək, hər iki boksçumuzun qısasını aldım” – deyə Rauf bildirib.

Anoloji yarışda “Neftçi İdman Klubu”nun daha bir üzvü uğur əldə edib. K-1 qaydaları ilə peşəkar uşu-sanda yarışında mübarizə aparan Fərid Mayılov qızıl kəməri qazanıb. İdmançımız Belarus atletini 2-ci raundda nokauta salaraq ilk dəfə kəmərə sahib olub.

Həmin kateqoriyadan